İdman geyimində, çəkələkdə, əlləri və ayaqları qandallı, gözü qapalı... - Maduro axsaq halda Nyu-Yorka gətirildi (VİDEO)

img

04-01-2026 [09:35]


Ötən gün yatdığı yerdə ABŞ xüsusi təyinatlıları tərəfindən arvadıyla birgə ələ keçirilən Venesuela Prezidenti Nikolas Maduro bu gün səhərə yaxın xüsusi təyyarə ilə Nyu-Yorka gətirilib.

Mia.az xəbər verir ki, idman geyimində, ayağında çəkələk, əlləri və ayaqları qandallı, gözü qapalı təyyarədən endirilən Maduronun axsaması da diqqətdən qaçmayıb.

Bu isə onun əməliyyat zamanı ABŞ hərbçilərinə müqavimət göstərdiyi barədə deyilənlərə qismən də olsa, inam yaradır...

Xatırladaq ki, Tramp onun ABŞ-da mühakmə olunacağını bəyan edib.

Samir MUSAYEV

mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA