"Temu"da hiddət doğuran hərəkət: boykot çağrışı artır - Satışa çıxarılan bu məhsullar azərbaycanlıları qəzəbləndirdi (FOTOLAR)

img

03-01-2026 [14:08]


Son günlər Azərbaycanda ictimaiyyət “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullarla bağlı ciddi narazılıq ifadə edib.

Mia.az Milli.az-a istinadla xəbər verir ki, Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr – Zəfər Günü və Zəfər abidəsinə aid simvolların hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir olunması geniş müzakirələrə səbəb olub.

Sözügedən məhsulların bu formada istifadəsi cəmiyyətin böyük bir hissəsi tərəfindən milli dəyərlərə və tarixi yaddaşa hörmətsizlik kimi qiymətləndirilib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda mövzu ilə bağlı narazılıqlar səsləndirilib, aidiyyəti qurumların məsələyə münasibət bildirməsi tələb olunub.

Qeyd olunur ki, bu cür halların qarşısının alınması və milli-mənəvi dəyərlərə hörmət prinsiplərinin qorunması ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, bu xəbərlərdən sonra  sosial medianın Azərbaycan seqmentində Temu-nun ölkəmizdə  boykot olunmasına çağırışları artıb.

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA