Namiq Mənanın qızı, kürəkəni və nəvəsinin olduğu maşın qayadan yuvarlanıb - VİDEO

img

03-01-2026 [23:34]


Qubada “KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.

Mia.az “Bakupost”a istinadən xəbər verir ki, hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb.

Avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.

Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA