Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Azərbaycan şirkətinin tikdiyi körpü uçub

img

03-01-2026 [14:14]


Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı cinayət işi üzrə prokurorluq yeni ittihamlar irəli sürüb. İttiham olunanlar arasında Gürcüstan Avtomobil Yolları Departamenti sədrinin keçmiş müavini Levan Kupataşvili ilə yanaşı, Azərbaycanın “Akkord” tikinti şirkətinin direktoru da var.

Mia.az xəbər veirr ki, bu məlumatı jurnaluist Cavanşir Həsənli ssial media hesabında yazıb.

O bildirib ki, istintaqın məlumatına görə, körpü layihəsi zamanı gündəlik nəzarət Gürcüstanın Avtomobil Yolları Departamentinin üzərinə düşsə də, faktiki olaraq bu nəzarət həyata keçirilməyib. Layihənin icrası dövründə nəzarətçi beynəlxalq şirkətin heç bir səlahiyyətli eksperti Gürcüstanda olmayıb, buna baxmayaraq, tikinti işlərinə dair saxta icra aktları təsdiqlənib:

"Bildirilir ki, tikinti yerində heç vaxt olmayan beynəlxalq ekspert, tikinti şirkətinin nümayəndələri tərəfindən tərtib edilmiş saxta sənədləri imzalayıb. Həmin sənədlər Avtomobil Yolları Departamentinin o zamankı sədr müavini Levan Kupataşvilinin imzası ilə də təsdiqlənib. Bu aktlar əsasında, guya göstərilmiş xidmətlərə görə, 1 milyon 172 min 539 lari məbləğində vəsait köçürülüb.

Prokurorluğun məlumatına əsasən, layihəni icra edən şirkət yerinə yetirilməmiş və keyfiyyətsiz işlərə görə dələduzluq yolu ilə 3 milyon 859 min 678 lari vəsaiti mənimsəyib, nəticədə isə körpü uçub. Sonradan aparılan bərpa işlərinə əlavə olaraq 12 milyon laridən artıq vəsait xərclənib. Ümumilikdə dövlət büdcəsinə dəyən zərər 16 milyon larini ötüb.

Keçmiş sədr müavini Levan Kupataşviliyə qarşı

— vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi

maddələri ilə ittiham irəli sürülüb. Onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Akkord” şirkətinin direktoru və layihə menecerlərinə, həmçinin beynəlxalq konsorsiumun qrup rəhbəri–baş mühəndisinə qiyabi qaydada

— külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi,

— saxta sənədlərin hazırlanması ittihamları irəli sürülüb. Bu maddələr üzrə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Prokurorluq bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. İş üzrə istintaq davam edir və digər şirkətlərin və vəzifəli şəxslərin mümkün cinayət əməlləri araşdırılır".

P.S. Xatırladaq ki, "Akkord"un sabiq rəhbəri İlqar Hacıyev ABŞ-a qaçıb. O zaman-zaman Azərbaycana və bəzi məmurlara qarşı iddialar səsləndirir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA