Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama

img

01-01-2026 [22:29]


Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, istifadəçilər 20 saatdan artıqdır smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.

Vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. “Azəriqaz” məsələnin terminallarla bağlı olduğunu qeyd edir.

Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin “Azəriqaz”dan qaynaqlandığını bildirirlər.

Qeyd edək ki, saatlardır sosial şəbəkələrdə problem ictimailəşdirilsə də, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik; 1200 kub metrdən 2500 kubmetrədək olan hissə üçün 22 qəpik; 2500 kubmetrdən çox olan hissə üçün 30 qəpikdir.

***

“MPay” MMC məsələ ilə bağlı açıqlama yayıb:

“Hazırda “Azəriqaz” xidmətində, xüsusilə “Zenner” ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur. Problem ümumi “Azəriqaz” sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.

Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA