"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı

img

20-03-2026 [09:49]


"Real Madrid" "Mançester Siti" ilə oyunda zədələnən Tibo Kurtua ilə bağlı pis xəbər alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub belçikalı qapıçının əzələ zədəsi aldığını açıqladı.

Açıqlamada bildirilib ki, 33 yaşlı qapıçının təxminən bir ay yarım müddətinə meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, Kurtua həftənin əvvəlində "Mançester Siti" ilə matçda fasilədə əvəzləndi, ikinci hissədə isə qapıçı Andriy Lunin oldu.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA