Aİ-dən ABŞ-ın Maduronu ələ keçirməsinə dəstək gəldi - Açıqlama

img

03-01-2026 [15:29]


Avropa İttifaqı (Aİ) ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat fonunda təmkinli olmağa çağırıb.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.

K.Kallasın sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio, eləcə də Aİ-nin Karakasdakı səfiri ilə danışıqlar aparıb.

"Aİ dəfələrlə cənab Nikolas Maduronun legitimliyinin olmadığını bildirib və hakimiyyətin sülh yolu ilə ötürülməsini dəstəkləyib. İstənilən halda beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl edilməlidir. Biz təmkinli olmağa çağırırıq", - o yazıb.

K.Kallas Aİ vətəndaşlarının təhlükəsizliyinə xüsusi diqqət çəkərək, onların müdafiəsinin Avropa İttifaqı üçün əsas məsələ olduğunu vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA