Venesuelanın müvəqqəti prezidenti: "Biz müstəmləkə olmayacağıq"

img

05-01-2026 [00:01]


"Venesuela heç vaxt müstəmləkə olmayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Venesuela prezidenti Mauronun ABŞ tərəfindən qandallanmasından sonra Ali Məhkəmənin qərarı ilə prezident vəzifəsini müvəqqəti icra edən ölkənin vitse-prezidenti Delsi Rodrigez Müdafiə Şurasının fövqəladə iclasında deyib.

O, ABŞ-dan növbəti dəfə  Maduro və onun arvadının sərbəst buraxılmasını tələb edib: "ABŞ dərhal prezident Maduronu azad etməlidir. O, xalqın və ölkənin tək və qanuni başçısıdır...".

Rodrigez daha sonra xalqa müraciət edərək, sabitliyi qorumağa çağırıb: "ABŞ administrasiyasının tarix və ədalət qarşısında cəzalandırılacağına inanıram. Venesuelada həyata keçirilən təcavüz vəhşilikdir. Buradan  bütün venesuelalılar səslənirəm: ölkəmiz və onun sərvəti üçün birləşin, sabitliyi qoruyun, düşmənlərimizə fürsət verməyin!".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA