Vəzifəli şəxsin meyiti qardaşının evində aşkarlanıb

img

05-01-2026 [09:52]


Cəlilabad rayonunda evdən kişi meyiti tapılıb.

Hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti ötən gün şəhər ərazisində qardaşına məxsus evdə aşkar edilib.

Qeyd edək ki, Z.Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini imiş.

Onun həyatına qəsd etdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır/Qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA