Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələndi - Biri ölüb, digərinin isə... (VİDEO, FOTO) - Yenilənib

img

05-01-2026 [11:09]


Marneuli bazarında güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

Məlumata görə, aldığı güllə xəsarətlərindən ölən şəxsin 27 yaşlı Sahib Bayramov olması müəyyənləşdirilib.

Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. Onun əlində tapança ilə qızıl mağazasına doğru irəliləməsi görüntülərdə əks olunub.

Xatırladaq ki, dünən Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib. Silahlı insident qızıl mağazasında qeydə alınıb.

Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Ata-oğulun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.

Hadisəni törədərək oradan qaçan şəxsin kimliyi araşdırılır.

Fotoda: Sahib Bayramov

***

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib.

Mia.az APA-ya istinadən xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.

Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Ata və oğlunun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.

Hadisəni törədən şəxsin kimliyi araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA