Zaur Mikayılov ilin sonunda "boxçanın ağzı"nı açıb - 4 yeni sövdələşmə olub

img

04-01-2026 [22:28]


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə olan Obyektlərin Müdiriyyəti 4 şirkətlə 5 satınalma müqaviləsi imzalayıb.

Mia.az yeniavaz.com -a istinadən xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Açıqlanan məlumatlara görə, müqavilələrin ümumi dəyəri 562 milyon manat təşkil edir.

Agentliyin satınalma müqaviləsi imzaladığı şirkətlər bunlar olub:

– Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 135 000 000 manat;

– Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 95 000 000 manat;

– Böyükşor hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “AGE” MMC-yə (VÖEN – 1401148071) 64 698 255 manat;

– Müşviqabad hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə (VÖEN – 1000085511) 102 486 424,5 manat;

– Lökbatan hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “Euroline” QSC-yə (VÖEN – 3000031181) 164 998 195 manat.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA