"Deputatın "Pişik Günel"ə bağışladığı dubleks mənzil və ya "Mandalin baxçası" filmi..." - Sabiq icra başçısı yazır

img

05-01-2026 [00:17]


Fərəməz Novruzoğlu,

Şərurun sabiq icra başçısı

***

Rza Drakon (Tanınmış rejissor və aktyor) yazır ki, bir eston biznesmen qəpiyi qəpiyin üstünə qoyub, Abxaziyada yaşayan eston xalqının nümayəndələri haqqında film sifariş edir. Və bu film ("Mandarin") dünyada çəkilən müharibə filmləri içərisində ən yaxşılardandır.

Rza qardaşım sonra haqlı olaraq sitəm edir ki, niyə gələcək nəsillərə nümunə olacaq iki qəhrəmanımız haqqında hələ də film çəkilməyib? Axı məhz Natiq və Polad kimi qəhrəmanlarımız sayəsində dünya anlayacaq ki, Azərbaycana və azərbaycanlılara heç kim qalib gələ bilməz!

Rza haqlıdır! Sapına qədər haqlıdır...

Doğrudanmı bizdə varlı, pullu iş adamları yoxdur? Var! Məsələn, elə biri "Kristal Abşeron"un icraçı direktoru, həm də millət vəkili Ağalar Vəliyev. Onun nəinki bir filmə, yüzlərcə filmə ayıracaq qədər pulu var. Bəs niyə o da eston iş adamı kimi ola bilmir? Çünki eston biznesmenə dünya ona görə maraqlı görünür ki, o dünyada mənsub olduğu xalqın onuru və qürurunu nümayiş etdirsin. Bizim biznesmen deputat Ağaların dünyaya baxışı isə tam fərqlidir. O, dünyanı pişik günellərin silikonlu ayaqlarının arası kimi görür, yoxsa durub-dururkən qiyməti bir filmə bəs edəcək qədər bahalı evi pişiyə niyə bağışlasın ki?

Bu gün həm Natiqin, həm də Polad paşanın doğum günüdür. Ruhunuz şad olsun, rahatlıq içində yatın, ər igidlər! Bu xalq təkcə Ağalar Vəliyevlərdən ibarət deyil. Bu xalq sizi heç zaman unutmayacaq!

P.S. "Mandalin baxçası" filminin büdcəsi 650 min yevro dəyərindədi. Bu büdcə ilə çəkilən film 87-ci Oskar festivalında (2015-ci il) "xarici dildə çəkilən ən yaxşı film" kateqoriyasında nominant olub. Bir çox digər festivallarda isə qalib elan olunub. Bizim deputatın "Pişik Günel"ə bağışladığı dubleks mənzil isə, deyilənə görə, 1,4 milyon manat dəyərindədir, yəni bu pula bir çox kinofestivallarda qalib olmuş "Mandalin baxçası" filmi kimi sənət əsəri ortaya qoymaq olardı.

Zəruri qeyd: Yazı müəllifin Feysbuk hesabından götürülüb!

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA