Seymur Baycanla Rövzən Hacıbəyli aclığa bazlayıb

img

24-10-2010 [03:15]


Oktyabrın 23-də köşə yazarı Seymur Baycan, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli və "Yeni Müsavat" qəzetinin əməkdaşı Samir Kazımlı aclıq aksiyasına start verib, jurnalistlər - Şahvələd Çobanoğlu, Qan Turalı, Elçin Həsənov isə aksiyanı dayandırıblar. 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Eynulla Fətullayev oktyabrın 19-dan Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Aksiyanın tələbi Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. Həmin qərara görə, Eynulla Fətullayev azadlığa buraxılmalı və ona 27 822 avro təzminat ödənməlidir. Oktyabrın 20-dən jurnalistlər Şahvələd Çobanoğlu, Qan Turalı və Elçin Həsənov ona dəstək aksiyasına başlamışdılar. Əvvəlcə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində aclığa başlayan jurnalistlər oktyabrın 21-dən Müsavat Partiyasının mərkəzi qərargahını aksiya məkanı kimi seçmişdilər. Seymur Baycan, Rövşən Hacıbəyli və Samir Kazımlı isə aksiya estafetini onlardan Müsavatın qərargahında təhvil alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA