“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

img

13-02-2026 [16:26]


“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” platformasının növbəti inkişaf mərhələsinə start verilib. Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır.

Layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır. Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması, tədris resurslarının genişləndirilməsi, eləcə də texniki xidmət və server infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, hazırda platformada 4000 sözün video tərcüməsi və gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi təqdim olunur.

Platformanın yenilənməsi inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verir. Layihə eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyasını gücləndirir, onların təhsil və informasiya resurslarına çıxış imkanlarını genişləndirir, eyni zamanda cəmiyyət daxilində ünsiyyət baryerlərinin aradan qaldırılmasına xidmət edir.

Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. “Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı xəbərlər səhifəsindən əldə etmək olar. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA