Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
03-04-2026 [22:11]
2024-cü ildə fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Universitetin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.
Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada Orta Doğu Texniki Universitetinin (ODTÜ) kompüter mühəndisliyi ixtisası, İstanbul Texniki Universitetinin (İTÜ) sənaye mühəndisliyi ixtisası, Hacettepe Universitetinin qida mühəndisliyi ixtisası tədris olunur.
TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir.
İki qardaş ölkənin akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim olunacaq diplomlar beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.
TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev iki illik fəaliyyəti dəyərləndirib və bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
-Vilayət bəy, gəlin, söhbətimizə ixtisas seçimindən başlayaq. Universitet yaradılarkən niyə məhz bu 3 ixtisas seçildi?
- Türkiyə-Azərbaycan Universitetinin yaranması tarixi mahiyyət daşımaq və qardaşlığın növbəti rəmzi olmaqla bərabər, təhsil və elm sahəsində ciddi uğurların əldə olunması üçün yaradılıb. Burada 3 ixtisas üzrə məzun yetişdirilir və bu ixtisaslar Türkiyənin ən prestijli universitetlərinin proqramları əsasında tədris olunur.
Hər 3 universitetin bütün xüsusiyyətləri araşdırıldı və Azərbaycan sənayesinin, iqtisadiyyatının tələbat duyduğu ixtisaslar seçildi. Belə qərara gəlindi ki, Orta Doğu Texniki Universitetində (ODTÜ) tədris olunan kompüter mühəndisliyi ixtisasının proqramı Azərbaycanda da tətbiq edilsə, yeni bir trend formalaşdırılmış olar. Çünki ODTÜ yeganə universitetdir ki, öz ixtisaslarında klassik mahiyyəti saxlamaqla daima yenilənib. Bu universitetdə kompüter mühəndisliyi ayrıca bir ixtisasdır və bakalavriat səviyyəsində tədris olunur. Bu, onu göstərir ki, ixtisasın proqramı kifayət qədər peşəkar mütəxəssis tərəfindən hazırlanıb. TAU-da kompüter mühəndisliyi ODTÜ-nün proqramı əsasında tədris olunur.
Daha sonra sənaye mühəndisliyi dünyada ən vacib və sənayenin inkişafı üçün çox əhəmiyyətli bir ixtisasdır. Bu, daha çox İT əsaslı və data üzərində qurulan bir sahədir. İstanbul Texniki Universitetində (İTÜ) bu ixtisası data üzərində qurulub və iş dünyasının tələblərinə cavab verir.
Üçüncü aparıcı ixtisas qida mühəndisliyidir. Bu isə Hacettepe Universitetinin tədris proqramına uyğun aparılır. Hacettepe biotibbi texnologiyaların olduğu və qabaqcıl texnologiyaların tətbiq olunduğu bir yerdir. Burada qida mühəndisliyi ixtisası çox güclü proqrama və müasir laboratoriya sisteminə əsasən tədris olunur. Azərbaycanda isə qida mühəndislərinə çox böyük ehtiyac var. Bu baxımdan qida üzrə ixtisasların qurulması çox əhəmiyyətlidir. Hazırda universitetimizdə ixtisasa uyğun yeni laboratoriyalar yaradılıb, bu, işin 15-20 faizi deməkdir və davamlı işlər görüləcək.
-TAU-da tələbələr ixtisas dərslərindən öncə bir il Hazırlıq qrupları üzrə təməl ingiliscə dərsləri (Foundation) keçirlər. Tələbələr bu mərhələni necə keçirlər, onların çətinliyi olurmu?
- İlk olaraq, ODTÜ-nün ingilis dili mütəxəssisləri tərəfindən tələbələrin qiymətləndirilməsi aparılır və onların dil bilikləri yoxlanılır ki, hazır vəziyyətdə olanlar 1 il vaxt itirməsin.
Hazırda TAU-da 174 tələbədən 80-i hazırlıq mərhələsindədir. Onların hazırlıq balları 70-in üzərindədir. Bu, çox böyük göstəricidir. Çünki ODTÜ-nün hazırlığı kifayət qədər ciddidir. Bir məsələni də qeyd edim ki, burada oxuyan tələbələrin müvəffəqiyyət göstəriciləri Türkiyədəki anoloji universitetdə təhsil alan tələbələrdən yüksəkdir. Çünki biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik.
Ümumilikdə, birinci kursda olan tələbələrimizin sayı 86, ikinci kursda oxuyan tələbələrin sayı 8 nəfərdir. Bəzi tələbələrimiz uğurlu göstəricilərlə dil hazırlığı keçmədən birinci kursa birbaşa daxil olub.
- Hazırda 174 tələbəniz var. Universitetə tələbə qəbulunda yerlərin artırılması gözlənilirmi? Ümumiyyətlə, abituriyentlərin TAU-da təhsilə marağı necədir?
- Kompüter mühəndisliyi ixtisası üzrə əvvəlki plan yerimiz 30 nəfər idi. 2025/2026-cı tədris ili üzrə daha 30 nəfərlik plan yeri artırıldı. Beləliklə, qəbul sayı 60 oldu. Digər ixtisaslar üzrə isə hələ də 30 yerdir. Gələcəkdə kompüter mühəndisliyi üzrə magistr və növbəti ildə daha yüksək göstəricilər gözləyirik. Digər ixtisaslarımız üzrə də ballar Azərbaycanda mövcud keçid balından daha yüksəkdir. Buradakı tələbələr çox qabiliyyətlidirlər. Bizim 4 nəfər tələbəmiz artıq universitetdə çalışır. Bundan sonra da ən çalışqan tələbələri gələcəkdə işlə təmin edəcəyik. Tələbələrimiz yarışlara qatılırlar və Texnofest-ə hazırlaşırlar.
-Universitet gələcəkdə magistr təhsili verə bilərmi?
Yaxın vaxtlarda magistratura səviyyəsi üzrə tədrisin təşkili planlaşdırılır. Doktorantura səviyyəsi üzrə plan yerlərinin açılması üçün isə layihə təklifi hazırlanıb və təqdim olunub.
- Universitetdə dərs deyən müəllimlər arasında azərbaycanlılar varmı?
- Azərbaycandan olan iki ingilis dili müəllimi işə götürülüb. Tədricən baza fənləri üzrə də azərbaycanlı müəllimlər tədrisə cəlb olunacaqlar. Burada Türkiyədən gələn müəllimlərlə yanaşı, Pakistandan olan müəllimlər də var.
Şahanə Rəhimli
Musavat.com
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputat Ülvi Quliyevin oğlu daha bir tenderi qazanıb
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək