"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)

img

03-04-2026 [21:53]


“Əliyar Ağayevin təyinatı vaxtı belə bir şeyin başımıza gələcəyini ehtimal edirdik”.

Bu sözləri Azərbaycan Kubokunun yarımfinal çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” oyunundan sonra Tovuz təmsilçisinin prezidenti Ehtiram Quliyev deyib.

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, haqqımızı içməsinlər. 1 il boyu əziyyətimizi gəlib 1 gündə yerə vurulur. Əliyarın “Turan”nın oyunlarına təyinatından biz belə halları gözləyirdik. Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun. Futbolda bəzi şeylər dəyişməlidir. Bunlar dilə gətirilməlidir. Biz səssiz qaldıqca, Əliyargillər belə oyun idarə edəcək, futbolumuzu yaman günə qoyacaq. Azərbaycan futbolunun Əliyargillərdən canı qurtarmalıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, tovuzlular yarımfinalın ilk oyununda Bakı təmsilçisinə 2:0 hesabı ilə məğlub olublar.

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA