Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."

img

13-02-2026 [00:38]


"Əgər İranla razılığa gələ bilməsək, ikinci mərhələyə keçəcəyik. Bu mərhələ onlar üçün çox çətin olacaq. Hər halda mən bunu arzulamıram"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə  görüşündə İranla razılığa gəlmək istədiyini deyib: "Hələlik biz danışıqlara üstünlük veririk. Bu prosesin hara getdiyini görmək istəyirik. Ancaq İran bunu düzgün qiymətləndirməlidir. Əks halda, bu, çox travmatik olacaq. Tehran administrasiyası üçün pis nəticələrə səbəb olmamalıdır. Mən bunu Netanyahuya da dedim. O, İranla danışıqların əleyhinə deyil. Netanyahu vəziyyəti başa düşür, amma nəticədə qərar mənimdir".

Trampın sözlərinə görə, İranla hər hansı potensial razılaşma ABŞ üçün ədalətli olmalıdır

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA