Türkiyədə sosial mediada fahişləliyə çağırış edənlər qandallandı - Ev, maşınlar və iki şirkətə "əl qoyuldu"

img

13-02-2026 [11:21]


Türkiyədə sosial mediada fahişəliyə çağırış edən və ya şərait yaradanlara qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul prokurorluğundan açıqlama verilib.

Bildirilib ki, şəhərdə "OnlyFans" sosial media platformasında əxlaqsızlığı təbliğ edən və platformada seksual görüntülər paylaşaraq "insan alveri" - fahişəliyə çağırış edən 16 nəfərin İP adresləri müəyyən olunub: "Əməliyyatla onlar müəyyən olunmuş ünvanlarda tutublar".

Prokurorludan bildirilib ki, həmin şəxslərin "fahişə biznesi" üçün istifadə etdikləri 2 şirkət, 10 mənzil və 14 maşına isə "əl qoyulub": "İstintaq davam edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA