"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri
13-02-2026 [09:05]
Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və digər şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumat yayıb. Qurumun açıqlamasında bildirilir ki, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.
Mia.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, o, Ramiz Mehdiyevlə bağlı fikirlərini illər əvvəl səsləndirib: “Artıq həqiqət öz təsdiqini tapır. Bugün Ramiz Mehdiyevlə birgə hakimiyyətin müxtəlif qollarından təmizlənməli olan adamlar çoxdur. Hakimiyyətin daxilində belə şəxslər var. Mən 2010-cu ildə bu məsələni qaldıranda bir çoxları etiraz edirdi. O vaxt məni susdurmaq istəyənlərdən bəziləri bu gün də dövlət strukturlarında təmsil olunurlar”.
Partiya sədri bildirib ki, məsələ bir neçə şəxslə məhdudlaşmır: “Dövlət çevrilişini 5-10 nəfərlə etmək olmaz. Şəbəkə var və həmin şəbəkə tam şəkildə aşkar olunmalıdır. Nə qədər ki, bu proses yekunlaşmayıb, təhlükə qalır”.
Hafiz Hacıyev vurğulayıb ki, müəyyən qüvvələr həm ölkə daxilində, həm də xaricdə dövlət başçısına qarşı fəaliyyət göstərir, media və parlament daxilində də müəyyən təsir qrupları mövcuddur.
“Parlament buraxılmalıdır. Ramiz Mehdiyevin adamları həbs edilməli, əllərindəki qanunsuz vəsaitlər geri alınmalıdır. Təmizlənmə yarımçıq qalmamalıdır”, – deyə Hacıyev vurğulayıb.
Partiya sədri çıxışında Ziya Məmmədovun, onun ailə üzvlərinin, eləcə də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinin, Əbülfəz Qarayevin fəaliyyətinin də araşdırılmasının vacib olduğunu deyib.Onların da həbs olunmasının vacibliyini vurğulayıb. O, bildirib ki, bəzi şəxslər xaricdə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərirlər və bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.
“Əgər ortada dövlət təhlükəsizliyi ilə bağlı ciddi məsələ varsa, bu proses sona qədər aparılmalıdır. Təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidir”, – deyə o, əlavə edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında