Ançelottini müqaviləsi uzadılır

img

13-02-2026 [14:31]


Braziliya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Karlo Ançelotti lə bağlı qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, federasiya rəhbərliyi onunla müqaviləni 2030-cu ilə qədər uzadacaq.

Məlumatda deyilir ki, federasiya gün ərzində yeni anlaşma haqda açıqlama yayacaq.

Xatırladaq ki, Ancelottinin rəhbərliyi altında 2026-cı il Dünya Kubokunu qazanmağı hədəfləyən Braziliya yığması 8 oyuna çıxıb. Komanda bu oyunlardan 4-də qələbə, 2-də heç-heçə və 2-də isə məğlubiyyət alıb.

Onu da qeyd edək ki, 5 dəfə Çempionlar Liqasının qalibi olan Karlo Ancelotti ötən ilin may ayının 26-dan  Braziliya millisinə rəhbərlik edir.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA