“Best Telekom” “Baki Metropoliteni” ilə daha bir layihə üzrə sövdləşib

img

13-02-2026 [13:02]


“Bakı Metropoliteni” QSC daha bir tenderini yekunlaşdırıb.

Mia.az xəbər verir ki, sözügedən qurum istismarında olan işarəvermə və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin və aksesuarlarının satın alınmasını reallaşdıracaq.

Məlumatda deyilir ki, tenderin qalibi “BEST TELEKOM” MMC olub. “Baki Metropoliteni” ilə şirkət arasında bu işlərin görülməsi üçün 558 min 960 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, bu, “Best Telekom”un “Bakı Metropoliteni” ilə ilk anlaşması deyil. Kiçik araşdırma zamanı məlum olub ki, ötən ilin sentyabrında da şirkət QSC-nin tenderinin qalibi olub. Həmin vaxt “Bakı Metropoliteni” QSC üçün rabitə kommutatorlarının satın alınması prosesi həyata keçirilib. “Best Telekom” bu işin müqabilində isə 159 min 241 manat ödəniş alıb/Tribuna.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA