YAP qurultay keçirəcək - Gələn ay...

img

13-02-2026 [16:22]


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı gələn ay keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından məlumat verilib.

Bildirilib ki, qurultay hakim partiyanın Nizamnaməsinə uyğun keçiriləcək. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq.

Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildə bir keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA