JAM sədri türkiyəli diplomatla görüzüb

img

28-09-2010 [06:07]


Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Həbib Kaya ilə görüşüb. JAM-ın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, JAM-ın qərargahında baş tutan görüşdə Türkiyə və Azərbaycan mətbuatı arasındakı əlaqələr müzakirə olunub. S.Verdizadə rəhbərlik etdiyi təşkilatın Türkiyənin aparıcı media qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Görüşdən məmnun qaldığını bildirən türkiyəli diplomat Azərbaycanın jurnalist təşkilatlarının və KİV redaksiyalarının rəhbərləri ilə müzakirələri davam etdirəcəyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA