Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürüb

img

27-09-2010 [11:01]


7 noyabr parlament seçkilərinə qatılan şəxslər arasında jurnalistlərin sayı artmaqdadır. Deputatlığa namizədliyini irəli sürən qələm sahiblərinin sırasına daha bir nəfər əlavə olunub. Jurnalist Araz Zeynalov 95 saylı Şəmkir şəhər seçki dairəsindən imza vərəqələri götürüb. A.Zeynalov seçkilərdə Vətəndaş və İnkişaf Partiyası ilə Liberal Partiyanın birləşdiyi ?İnsan naminə? blokunu təmsil edəcək. Araz Zeynalov 1998-ci ildən jurnalistika ilə məşğuldur. O, ?Bu gün?, ?Vətəndaş həmrəyliyi?, ?Bakı-xəbər?, ?Xalq Cəbhəsi? qəzetlərində işləyib. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) İdarə Heyətinin üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA