?Hərbi Jurnalistlər" ictimai Birliyi dəyirmi masa keçirəcək

img

22-09-2010 [02:22]


?Hərbi Jurnalistlər" İctimai Birliyi ?Jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarını artırılması" adlı layihəyə başlayıb. Xatırladaq ki, layihənin təqdimat mərasimi sentyabrın 3-də keçirilib. ?Hərbi Jurnalistlər? İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun Modern.az-a verdiyi məlumata görə, 6 ay davam edəcək layihə Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondu tərəfindən maliyyələşdirilir. Növbəti tədbir - "Təhlükəsizlik və Müdafiə sektorunda gedən proseslərin KİV-də işıqlandırılması yolları? adlı dəyirmi masa sentyabrın 24-də, saat 12.00-də Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində (Bəsti Bağırova 14. Statistika komitəsindən aşağıda) keçiriləcək. Bütün media əməkdaşları dəvətlidir. Telefonlar: ofis: 436 87 23iş, mob: (050) 355-34-70. Layihənin informasiya sahəsində tərəfdaşı ?MilAz? İnformasiya Agentliyi və www.milaz.info saytıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA