Daha 9 nəfərin əlillik dərəcəsi ləğv olundu

img

03-06-2021 [10:47]


Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş daha 21 şəxsin komissiya tərəfindən əyani müayinəsi aparılıb.

Mia.az xəbər verir ki, müayinələr zamanı 9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni və "Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli iştirak ediblər.

Əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA