İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır

img

29-01-2026 [01:26]


"İsrail ordusu İran və onun müttəfiqlərinin ehtiaml olunan hücumuna hazırlaşır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İsrailin"Maariv qəzeti yazıb.

Qəzet yazıb ki, İsrail ordusunun son günlərdə İranla artan gərginlik çərçivəsində müxtəlif ssenarilərə hazırlı görürür: "Bunlardan biri də bölgədə Tehranla müttəfiqlik münasibətində olan yaraqlıların İsrailə mümkün hücumudur. Ordu ölkənin şərq sərhədindən silahlı sızma ehtimalına qarşı əlav tədbirlər görür".

Qəzet İsrail təhlükəsizlik agentliklərindəki mənbələrə istinadən əlavə edib ki, bundan başqa Yəməndəki husilər, İraq və Suriyadakı İran tərəfindən dəstəklənən milislərin də İordaniya ərazisindən İsrailin şərq sərhədinə hücum edəcəyi ehtimalı diqqətdə saxlanılır.

İordaniya rəsmiləri hələlik bu iddialara münasibət bildirməyiblər.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA