BU QANUNLARI POZANLAR CƏZALANACAQ - Prezident daha bir dəyişikliyi təsdiqlədi
28-01-2026 [18:56]
Prezident İlham Əliyev Cinayət və İnzibati Xətalar məcəllələrinə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlara edilən dəyişikliyi təsdiqləyib.
Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ("xeyli miqdar" dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq:
- Həmçinin dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
- Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum ediləcək.
"Dövlət tərəfindən qorunan mədəni sərvətlər" dedikdə "Mədəniyyət haqqında" Qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.
Həmçinin, qanuna əsasən, mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cəzalar müəyyənləşir. Belə ki, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Sənəddə mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilməsi də nəzərdə tutulur.
Belə ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat (hazırkı cərimə: 1 500 manat) məbləğində, vəzifəli şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində, hüquqi şəxslər 20 min manat (hazırkı cərimə: 10 min manat) məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.
Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda Mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat (hazırkı cərimə: 200 manat) məbləğində, vəzifəli şəxslər 1 500 manat (hazırkı cərimə: 500 manat) məbləğində, hüquqi şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində cərimə ediləcək.
Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.
Xatırladaq ki, Milli Məclis mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan sözügedən dəyişiklikləri ötən il dekabrın 30-da 3-cü oxunuşda qəbul etmişdi.
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq