"Beşiktaş" transferlərdən 51.7 milyon avro qazandı... - Hücumçu 21 milyona satıldı

img

28-01-2026 [18:25]


"Beşiktaş" yanvar ayında transferlərdən 51.7 milyon avro qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  kluba ən yüksək gəlir isə ingilis hücumçu Temmi Abrahamın satışından daxil olub.

Məlumata görə, "Beşiktaş" Abrahamın "Aston Villa"ya transferindən 21 milyon avro əldə edib.

Xatırladaq ki, Abrahamın Türkiyə macərası təxminən 7 ay davam edib. 1 iyul 2025-ci ildə İstanbula gələn ingilis hücumçu buna qədər "Roma"da forma geyinib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA