Azərbaycan və Qırğızıstan arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir

img

28-01-2026 [11:58]


Azərbaycan və Qırğızıstan arasında miqrasiya sahəsində əməkdaşlığın müzakirəsi istiqamətində onlayn formatda ilk ikitərəfli məsləhətləşmələr keçirilib.

Mia.az Dövlət Miqrasiya Xidmətinə istinadla xəbər verir ki, məsləhətləşmələr "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"in icrasından irəli gələrək baş tutub.

Azərbaycan nümayəndə heyətinə DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, Qırğızıstan nümayəndə heyətinə isə Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin Xarici miqrasiya idarəsinin rəisi rəhbərlik edib.

Görüşdə iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Bu baxımdan keçirilən məsləhətləşmələrin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı tərəflər miqrasiya sahəsində qanunvericilik və miqrasiya proseslərinin tənzimlənməsi üzrə mövcud təcrübə barədə məlumat mübadiləsi aparıb, həmçinin iki ölkə arasında bu sahədə yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA