Sabah yağış yağacaq

img

28-01-2026 [12:24]


Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Mia.az xəbər verir ki, havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA