İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr

img

06-04-2026 [00:26]


İran müharibədə hücumlarını gücləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailin Hayfa şəhərindəki neft emalı zavoduna və şəhər mərkəzindəki bəzi binalara zərbə endirib.

Məlumata görə,, İran raketlərinin çoxu bir daha “Dəmir Günbəz” sistemini dəlib.

Xəbərdə o da deyilir ki, İran İsrailə zərbə anı ilə eyni vaxtda  Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdəki ABŞ-a bağlı olan enerji və neft-kimya obyektlərinə də zərbə endirib: “SEPAH İsrailin Hayfa şəhərindəki neft emalı zavodu ilə eyni vaxtda Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdəki ABŞ ilə əlaqəli enerji və neft-kimya obyektlərinə hücumlar təşkil edib.Hayfa neft emalı zavoduna edilən hücum nəticəsində obyektin əsas hissələri dağıdılıb. Bununla yanaşı,  şəhər mərkəzindəki bir neçə binaya da böyük zərər dəyib. Eyni zamanda, BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-la əlaqəli obyektlərə edilən hücumlar genişmiqyaslı yanğınlara və əməliyyatların dayandırılmasına səbəb olub”.

Tahir Şəlvəli
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:09 05.04.2026

Sabah yağış yağacaq

12:39 04.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA