AAYDA-da kuryoz təyinat - Yeni sədr ƏƏSMN-in şöbə müdirini özünə müşavir götürdü

img

04-04-2026 [16:49]


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Mia.az "Unikal"a istinadla xəbər veriir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.

Müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin yaxın kadrı kimi tanınır.

Maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:39 04.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA