YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
KRİMİNAL
28.01.2026, 12:40
Bakı Ağır Cinayətlər Məhkəməsində “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Məlumata görə, hakim Leyla Əsgərova - Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verərək, bildirib ki, məhkəmə tərkibi dəyişsə də, iş yenidən başlanılmayıb:
“İş üzrə məhkəmə tərkibi dəyişdiyi halda işə yenidən başlamalıdır. Ötən prosesdə prokuror ittiham aktını oxudu. Siz təklif etdiniz ki, iş üzrə şahid qismində tanınan Müdafiə Nazirliyinin hərbi qulluqçusu gələ bilmir, onun ifadəsi elan olunsun. Biz etiraz etmədik. Amma digər şəxslər yenidən dindirilmədi. Tərkib dəyişildiyi üçün zərərçəkmiş, təqsirləndirilən şəxslər, şahidlər yenidən dindirilsin, işə yenidən baxılsın”.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra ifadə verən şahid A.S. 2023-cü ilin noyabrından təqaüdə çıxdığını bildirib:
"Mən yanğın nəzarəti xidmətində çalışmışam və sonuncu yoxlamanı 2023-cü ilin yayına kimi etmişəm. Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına, siqnalizasiyanın işləməməsinə dair hər il protokol tərtib olunurdu. Lakin nöqsanların növbəti illərə qaldığı olurdu. Mənim işim müayinə keçirmək idi, qərar rəis tərəfindən verilirdi".
Zərərçəkən "Mən körpəsi ölən valideynəm. Həmin günü səhərə qədər "Semaşko"nun qabağında maşının içində yatdım. Mən əsəblə, yana-yana çığırıb tələb edirdim, oranın öz həkimləri risk edib uşaqlara yaxınlaşıb müayinə etmirdilər", - deyə bildirib.
Növbəti proses 4 fevral saat 09:20-yə təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib. Bundan başqa, Mehriban Abasquliyeva (Mehriban Abasquliyeva 2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri olub - Mia.az) 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor, həmçinin Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, eləcə də Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb/Lent.az.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
Bugün, 18:01 İQTİSADİYYAT
-
İcra başçısı özünü xeyli arıqladıb
Bugün, 17:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 17:26 CƏMİYYƏT
-
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Bugün, 17:12 GÜNDƏM
-
"Rabitəbank" ASC cəzalandırıldı - Mərkəzi Bank pozuntu olduğunu deyir
Bugün, 17:04 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bugün, 16:55 CƏMİYYƏT
-
YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident bu qurumlara əlavə tapşırıq verdi
Bugün, 16:48 GÜNDƏM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Bugün, 16:48 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 14:48 GÜNDƏM
-
Fransada sürətli qatarı ilə yük maşını toqquşub – Ölən və xəsarət alanlar var
Bugün, 14:39 DÜNYA
-
İranın Xark adasına hücum olub
Bugün, 14:29 GÜNDƏM
-
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib - FOTOLAR
Bugün, 14:24 GÜNDƏM
-
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Bugün, 14:22 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 14:08 GÜNDƏM
-
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Bugün, 14:05 İQTİSADİYYAT
-
Vergi Xidmətində təyinat olub
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Bugün, 13:14 CƏMİYYƏT
-
Marneuli merinin qardaşı saxlanıldı - Çörək sexinin sahibini döyməsinə görə
Bugün, 13:11 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:52 CƏMİYYƏT
-
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
Bugün, 12:49 İDMAN
-
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
Bugün, 12:45 İQTİSADİYYAT
-
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Bugün, 12:37 İDMAN
-
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı" - VİDEO
Bugün, 12:25 CƏMİYYƏT
-
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
Bugün, 12:17 KRİMİNAL
-
“Yağışdan sonra daşlar evimizə tökülüb, qalmağa yerimiz yoxdur” - VİDEOLAR
Bugün, 12:09 CƏMİYYƏT
-
AFFA klub və rəsmilərini cəzalandırdı
Bugün, 11:55 İDMAN
-
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Bugün, 11:49 CƏMİYYƏT
-
Xocavənd şəhərinə növbəti köç olub
Bugün, 11:37 GÜNDƏM
-
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Bugün, 11:21 GÜNDƏM
-
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
Bugün, 11:19 KRİMİNAL
-
Qurban Yetirmişli: “Yanğıntı və daşqınalar zəlzələyə səbəb ola bilməz”
Bugün, 11:12 GÜNDƏM
-
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
Bugün, 10:59 ŞOU-BİZNES
-
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
Bugün, 10:40 GÜNDƏM