"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov

img

27-01-2026 [22:57]


""Liverpul"a qarşıən yaxşı oyunumuzu göstərəcəyik".

Mia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib.

Baş məşqçi turun son matçına çıxacaqlarını xatırladıb: "Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər. Hazırda hər kəs pley-off mərhələsi barədə danışır. Biz hazırda özümüzü "Liverpul"la oyuna kökləməliyik. Hər vaxt belə komandalarla matçda, bu cür azarkeşlər qarşısında futbolun dadını hiss edə bilmirsən. İnanıram ki, sabah futbolçularımın fikri başqa qarşılaşmalarda yox, bu matçda olacaq. Hər kəs özünü yaxşı tərəfdən göstərməli, nizamlı çıxış etməlidir".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA