İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb

img

27-01-2026 [22:18]


Bu gün İsrail təyyarəsi Suriyanın cənubundakı Quneytrada əkin sahələrinə naməlum maddələr səpib.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Bildirilib ki, İsrail təyyarəsinin Əbu Məzrə fermer təsərrüfatı ilə Quneytranın cənubundakı Əl-Hanut kəndinin qərbindəki əkin sahələrinə səpdiyi naməlum maddələr qorxu yaradıb: "İsrail təyyarəsi bazar günü də  Quneytranın cənubundakı Əl-Rafiddəki  meşəlik ərazilərə, tarlalara və otlaqlara da belə naməlum maddələr püskürüb. Həm o, həm də bugünki səpilən maddələrdən nümunələr götürülüb, araşdırma başlayıb".

Məlumatda  da deyilir ki, bölgə əhalisinə həmin ərazilərdən uzaq durmaq, heyvanlarını belə ora buraxmamaqla bağlı xəbərdarlıq olunub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA