İordan çayının Qərb Sahilində gərginlik yaranıb

img

28-01-2026 [11:25]


İsrail  ordusu bu gün səhər İordan çayının Qərb Sahilində yerləşən Hebron yaxınlığındakı Zahiriyyə şəhərinə basqın edib.

Mia.az xaric məbuata istinadla xəbər verir ki, nəticədə şəhərdə qarşıdurma yaranıb.

Məlumata görə, nəticədə ölən və yarananlar olub.

Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, basqın zamanı 20 yaşlı Məhəmməd Raci Nəsruh Zahiriyyə İsrail əsgərlərinin açdığı atəş nəticəsində həlak olub, digər bir gənc isə ağır yaralanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən isə bildirilib ki, yaralanan bir deyil, iki nəfər olub: "Onlardan biri qarın nahiyəsindən, digəri isə ayaqlarından güllələnblər".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA