Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"

img

29-01-2026 [00:21]


"Məhdud hücum yanlış bir qavrayışdır. İstənilən mənbədən və istənilən səviyyədə ölkəmizə qarşı istənilən hərbi əməliyyat müharibənin başlanğıcı hesab ediləcək"

Mia.az xarici məbuata istinadla xəbər verir ki, bu bəyanatı İran lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani verib.

O, X sosial media səhifəsində ifrit, ingilis və daha bir neçə dildəki paylaşımında yazıb ki, ölkəyə ən kiçik müdaxiləyə indiyə qədər görülməmiş və kütləvi cavab veriləcək: "Hərbi əməliyyat tərəfimizdən müharibənin başlanğıcı hesab ediləcək. Cavab dərhal, tam və görünməmiş formada olacaq. Bu, Təl-Əvivin mərkəzini və təcavüzkarı dəstəkləyən hər kəsi hədəf alacaq".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA