Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO

img

29-01-2026 [13:06]


Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.

Mia.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlaklarının təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Yasamalda qara geyimli qadının üzünü gizlədərək evlərə girməsi və oğurluq etməsinə dair məlumatlar yayılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA