Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
29-01-2026 [11:40]
“Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun cərimələrin artırılması ilə bağlı açıqlaması problemin mahiyyətinə yox, yenə də ən asan yola yönəlmiş yanaşmadır. Rəhman müəllimə dərin hörmətim var, amma doğruları dilə gətirmək vacibdir. Bu gün Bakıda və ətraf ərazilərdə yaranan nəqliyyat xaosunun əsas səbəbi sürücülər və piyadalar deyil, illərdir, yol verilən ciddi idarəetmə və planlaşdırma səhvləridir”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat bildirib ki, sürücülər beziblər: “Bir neçə ayın içində 20 cərimə balı yığılır və sürücülük hüququ məhdudlaşdırılır. Haqlı sual yaranır: əvvəl niyə bu qədər pozuntular olmurdu? İndi nə dəyişib? Problemlər həll olunmadan, alternativlər yaradılmadan insanları fakt qarşısında qoymaq, onları işindən-gücündən etmək ədalətli yanaşma deyil. Bu gün sürücülərin real alternativi yoxdur. İctimai nəqliyyat tələbatı qarşılamır, marşrutlar rahat deyil, metro və avtobuslar həddən artıq yüklənib, şəhər isə tıxac içində boğulur.
İnsanlar, sözün əsl mənasında, boğaza yığılıblar. Belə vəziyyətdə onlara yalnız “daha çox cərimə” mesajı vermək sosial gərginliyi artırmaqdan başqa bir nəticə verməyəcək. Nazirlik real nəticə görmək istəyirsə, əvvəlcə öz fəaliyyətinə tənqidi baxmalıdır: niyə yollar buraxılış qabiliyyətini itirib, niyə ictimai nəqliyyat cəlbedici deyil, niyə şəhər planlaması bu vəziyyətə gətirilib? Suallara cavab verilmədən cərimələri artırmaq narazılığı dərinləşdirəcək. Hazırda Bakıda və ətrafında 2030-cu ilə hesablanmış vacib nəqliyyat layihələri həyata keçirilir və onun daha sürətli şəkildə yerinə yetirilməsi lazımdır. “Təhlükəsizlik” adı altında vətəndaşın cibinə əl uzatmaq islahat deyil. İslahat məsuliyyəti cəmiyyətin yox, sistemi idarə edən qurumların üzərinə qoymaqla başlayır”.
Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun yanvarın 28-də “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan tədbirdə səsləndirdiyi “yol hərəkəti ilə bağlı cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var” fikirləri ciddi tənqidlə qarşılanıb.
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib