Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib

img

29-01-2026 [15:16]


Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib.

Mia.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 30 yaşlı qadının Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş prosesi uğurla icra olunub:

“Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.3 və 2.5 kq., boyları isə 47, 48 və 48 sm. olub. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir”.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA