Səmədağa Şıxlarov Şirvanda dəfn olunub

img

02-06-2021 [11:14]


Ötən gün avtomobilin vuraraq öldürdüyü "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dəfn edilib.

Mia.az xəbər verir ki, mərhum Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.

Qeyd edə ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.

S.Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006 - 2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.

İyunun 1-də Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində S.Şıxlarovu avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA