Xəzər rayonunda üç evdən oğurluq olub

img

29-01-2026 [16:29]


Bakının Xəzər rayonunda naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12 min 650 manat dəyərində məişət əşyalarını oğurlayıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb.

O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğu evləri müşahidə edərək talama cinayətlərini gecə saatlarında törətməyi planlaşdırıb.

R.Dəmirovun analoji yolla Sabunçu rayonu ərazisində də iki evdən 9 min manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA