Milli qiymətləndirmə: "Qızlar oğlanlardan daha yüksək nəticə göstəriblər"

img

02-06-2021 [14:57]


Təhsil İnstitutu 5-12 martda keçirilən milli qiymətləndirmənin nəticələrini təhlil edib.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, nəticələrə əsasən, qızlar qiymətləndirmədə iştirak edən şagirdlərin 52 faizini təşkil edərək oğlanlardan daha yüksək nəticə göstəriblər.

Regionlar üzrə aparılan müqayisənin nəticələrinə əsasən, ən yaxşı nəticəni Gəncə (64,7 faiz), Şirvan (63,8 faiz) və Xırdalan (61,8 faiz) şəhərləri göstərib.

Tədqiqatın nəticələri sinif və fənlər üzrə təhlil edildiyi zaman III sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi ingilis dili fənni, VI sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi fizika fənni, VII sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi isə Azərbaycan dili fənni üzrə qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA