Bu şəxslər peyvənd oluna bilməz - Nazirlikdən xəbərdarlıq

img

03-06-2021 [14:40]


Koronavirus əleyhinə peyvəndin əks göstəriş olduğu hallar açıqlanıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, süd verən analar, hamilə qadınlara peyvənd vurula bilməz.

Qeyd olunub ki, bundan başqa istənilən xəstəliyin kəskin dövründə peyvənd əks göstərişdir/APA.

Səhiyyə Nazirliyindən bildirilib ki, COVID-ə yoluxub, lakin test verib bunu rəsmiləşdirməyən xəstələr yoluxma hadisəsindən 6 ay keçmədən də vaksinasiya oluna bilər: "Orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir məlumat yoxdur. Yəni koronavirusa yoluxan şəxsin orqanizmində sağaldıqdan sonra az miqdarda anticismlərin qalması vaksinasiyaya əks göstəriş deyil və hər hansı fəsad doğura bilməz”.

Əlavə olunub ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticismlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Bu səbəbdən seroloji müayinədə pozitiv nəticə olsa belə, peyvənd orqanizmə daha güclü dəstək göstərəcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA