Qazaxda polis əməliyyatı: saxlanılanlar var

img

11-05-2020 [14:14]


Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 42 yaşlı Rizvan Akhmedov, 45 yaşlı Arif Şəmilov və 39 yaşlı Elvin Xasməmmədov saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Rizvan Akhmedova məxsus sellofan torbadan, çəkisi 1 kiloqram 5 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-“heroin” aşkar olunub. 

Aparılan araşdırmalarla müəyyən olunub ki, R.Akhmedov E.Xasməmmədova məxsus avtomobillə narkotik vasitəni A.Şəmilova satmaq üçün gətirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR