"E-manat” ödəmə terminalından  oğurluq edən keçmiş məhkum saxlanıldı

img

20-04-2020 [12:07]


Göygöl mağazada oğurluq hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki mağazaların birindən 200 manat və tütün məmulatı, habelə orada quraşdırılmış “E-manat” ödəmə terminalından sındırmaq yolu ilə 2 047 manat oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR