Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi

img

13-02-2026 [15:28]


Ekologya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin 6 saylı İsmayıllı Regional Şöbəsində neqativ halların yaşanması barədə Mia.az-a  məlumat daxil olub.

Məlumatda deyilir ki, şöbənin rəisi Səmədov Telman Baba oğlu idarənin rəhbəri Elxan Baxışıovla dost  münasibətlərinə görə dövlət qurumunu şəxsi təsərrüfatı kimi idarə edib: "Hətta Elxan Baxışov səlahiyyətindən istifadə edib, Nazirliyin Meşələrin İnkişafı Departamentinin büdcəsi hesabına aldığı Niva markalı 77-PT-179 dövlət nömrə nişanlı maşını Səmədov Telmanın şəxsi istifadəsinə verib. Bu azmış kimi, idarədə olan maşın və traktorların hans təyinatlar üzrə işlədilməməsi də araşdırma mövzusu olmalıdır. Bundan başqa regional şöbədə kadr dəyişiklikləri, həmçinin texnikaların fəaliyyəti barədə daxili yoxlama aparılıb. Araşdırmalar nəticəsində ortaya çıxan məqamlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməyib. Bu hal bir neçə regionlarda baş verib. Lakin yoxlama nəticəsində Elxan Baxışov işdən uzaqlaşdırıldı. Ancaq onun himayədarlıq etdiyi şəxslər, o cümlədən, Nəqliyyat İdarəsinin direktor müavini Batıxan İsayev, Həmkarlar Komitəsinin sədri İlqar Məmmədov və digər şəxslər haqqında tədbir görülməyib...".

Məsələ ilə bağlı Mia.az Xəbər Portalı Ekologya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinə rəsmi sorğu verib.

Sorğuya verilən cavabda qeyd edilən şöbədə əvvəlki illərdə yoxlama aparıldığı təsdiqlənib. Lakn cinayət faktları aşkarlanmadığı üçün cinayət işi açılmayıb. Nazirlik son aylarda yoxlama aparılıb-aparılmaması barədə məlumat verməyib. Bununla belə, Nəqliyyat idarəsinin direktoru Elxan Baxışovun ötən ay vəzifədən azad edilməsini təsdiqləyib. Bildirilib ki, o, öz ərizəsiylə 12 yanvar 2026-cı ildə vəzifədən ayrılıb.

Cavabı aşağıda olduğu kimi təqdm edirik:

F.Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA