TÜRKİYƏDƏN ƏSƏDƏ SƏRT XƏBƏRDARLIQ: "Daha ğır cavab veriləcək" - Orduya göstəriş verildi

img

12-02-2020 [12:33]


“İdlibdə yerləşən müşahidə məntəqələrimizə hücum ediləcəyi təqdirdə, Suriya hakimiyyətinə daha ağır cavab veriləcək”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Associated Press”ə müsahibəsində deyib.

Nazir bildirib ki, bununla əlaqədar olaraq Türkiyə ordusuna müvafiq təlimat verilib.

H. Akar qeyd edib ki, Türkiyə ordusu İdlibdə yerləşən müşahidə nöqtələrindən geri çəkilməyəcək.

Xatırladaq ki, dünən Türk ordusu Əsəd ordusuna ağır zərbələr endirib. Nəticədə Əsəd ordusunun 51 əsgəri öldürülüb, 2 tankı, 1 silah anbarı məhv  edilib. 1 tank isə ələ keçirilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA