Pezeşkian amerikalılara açıq məktub yazdı: “Biz düşmənçilik etmirik, ancaq…”

img

02-04-2026 [00:03]


İran prezidenti Məsud Pezeşkian Amerika xalqına açıq məktub ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, məktubunda İran xalqının Amerika, Avropa və qonşu ölkələr də daxil olmaqla, heç bir millətə qarşı düşmənçilik etmədiyini bəyan edib.

Onun sözlərinə görə, ölkəmiz tarix boyu hücumlara məruz qalıb: "Ancaq buna baxmayaraq, İran xalqlar və dövlətlər arasında fərq qoymayıb”.

İranı təhdid kimi təqdim etməyin qavrayışın məhsulu olduğunu və bunun İrana qarşı hücumları qanuniləşdirmək və silah sənayesini gücləndirmək üçün edildiyini iddia edən İran prezidentinin sözlərinə görə, ABŞ-ın İran ətrafında böyük hərbi güc toplayaraq, ölkəsinə hücumu qəbulolunmazdır:

“Biz özümüzü, xalqımızı və ölkmzi mmüdafiə edir və belə şəraitdə müdafiə qabiliyyətlərimizi inkişaf etdirməkdən imtina etməyəcəyik. 

Halbuki, İran və Amerika xalqları arasındakı münasibətlər tarixən normal olub. Lakin bu, ABŞ-ın 1953-cü il çevrilişindəki rolu və Baş nazir Məhəmməd Müsəddiqin devrilməsi və İranın neftinin milliləşdirilməsinə müdaxiləsi ilə pozulub. Bu isə iranlıların zehnində ABŞ siyasətinə qarşı inamsızlıq formalaşıb və bu, zamanla daha da dərinləşib".

İranın bütün xarici təzyiqlərə baxmayaraq, hərbi meydanda qarşı tərəfin gözləmədiyi böyük müqavimət göstərdiyini xüsusi vurğulayan Pezeşkian qeyd edib ki, qarşı tərəf itkilərini medianın gücü ilə gizlətməyə çalışır:

“Bizim gücümüz isə realda tam ortadadır. Amerikalılara demək istəyirəm ki, İrana qarşı hücum Amerika xalqının maraqlarına xidmət etmir. İranda uşaqların öldürülməsi və xərçəng dərmanı istehsal edən fabriklərin bombalanması ABŞ-ın imicinə daha da ağır zərər verəcək. Təəssüflə qeyd etmçəiyəmki, ABŞ hazırda İsrailin nümayəndəsi kimi qismində çıxış edir. Mən  Amerika xalqından soruşuram: bu, həqiqətən də ABŞ hökumətinin və xalqının prioritet siyahısındadırmı?"

Sonda Pezeşkian məktubunu belə bitirib: "Müharibə və əməkdaşlıq arasında seçim taleyüklüdür. Onun nəticələri gələcək nəsillərin taleyini formalaşdıracaq. İran min illik tarixində bir çox təcavüzkar görüb. Onlardan yalnız utancla xatırlanan adlar qalıb, İran isə qürurla dayanır."

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA